Oğlu ölən kişi polisləri ayağa qaldırdı (FOTO)

Bu gün səhər saatlarında Gəncədə sərxoş şəxs özünə qəsd etmək istəyib.

ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, hadisə Adil Xan Ziyadxanov küçəsi, 38 ünvanında yerləşən 9-mərtəbəli binada qeydə alınıb.

Şəhər sakini Samir Mehdiyev adıçəkilən ünvandakı çoxmərtəbəli binanın damından özünü atmağa cəhd göstərib. Dərhal hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi, təcili tibbi yardım maşınları cəlb olunub. Ağır dərəcəli sərxoş olan Samir Mehdiyevlə aparılan danışıqlar nəticəsində onu fikrindən daşındırmaq mümkün olub. Polis əməkdaşlarının səyi nəticəsində özünə qəsd etmək istəyən şəxs zərərsizləşdirilib.

Hadisə şahidlərinin bildirdiyinə görə, Samir Mehdiyev ailəsində baş verən itkilərlə bağlı mənəvi sarsıntı keçirdiyi üçün bu addıma əl atıb. Polis İdarəsinə aparılan Samir Mehdiyevin özünə qəsd etmək istəməsinin dəqiq səbəbləri araşdırılır.

Məlumata görə, dünən S.Mehdiyevin azyaşlı övladı dünyasını dəyişib və o, buna dözməyərək intihara cəhd edib.

…read more

From:: ANS