ANS ÇM-dən hədiyyə (FOTO)

ANS ÇM radiosu paytaxt sakinlərinə xoş anlar yaşatmaq, onları sevindirmək üçün daha bir tədbir keçirdi. ANS ÇM “Metropark” alış-veriş və əyləncə mərkəzində növbəti möhtəşəm konsert proqramını təşkil edib.

Tədbirdə iştirak edən şou-biznes müğənniləri konsert iştirakçıları üçün özlərinin ən sevilən mahnılarını ifa ediblər. Şəhanə Yusifovanın aparıcılığı ilə keçirilən tədbirdə Vasif Məhərrəmli, Nurlan Əzizbəyli, Niyam Səlami, “X Trio” qrupu, Şəbnəm Qəhrəmanova, saz ifaçısı Aqşin Tariyeloğlu, “Şadan” qrupu, Mina Sovetski kimi tanınmış musiqiçilər dinləyicilər üçün ifa ediblər.

Qeyd edək ki, tədbiri ANS ÇM radiosu “Metropark” alış-veriş və əyləncə mərkəzi ilə birlikdə təşkil etmiş və “sevgililər günü” münasibətilə ANS ÇM-in dinləyicilərinə hədiyyə olaraq keçirmişdi.

…read more

From:: ANS