Azərbaycanda ər oteldə arvadının boğazını kəsdi

Bu saatlarda Abşeron rayonunda kişi arvadını amansızcasına qətlə yetirib.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Masazır qəsəbəsində yerləşən “Romi” otelində kişi arvadının boğasını kəsib.

Qadın hadisə yerindəcə dünyasını dəyişib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

İlkin məlumata görə, kişi qadını başqa kişi ilə birlikdə yaxaladığı üçün öldürüb. Lakin hadisə iştirakçılarının və cinayətin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayəti işi başlanıb. Araşdırmalar aparılır. Əlavə məlumat verəcəyik. …read more

From:: ANS