217 milyon avroluq matç

Dünyanın ən çox qazanan idmançısi yenidən rinqə çıxır.

ANS PRESS-in məlumatına görə, Manny Pakiao və Floyd Meyvezer yeni bir rekorda imza atmağa hazırlaşırlar. İdmançılar yeni matç haqqında razılıq əldə ediblər.

İkili arasında matçın may ayının 2-də keçirilməsi planlaşdırılır. Matçın uduş fondu isə 217 milyon avrodur.

İki güclü boksçu qumarxanaları ilə dünyanın ən məşhur şəhərlərindən olan Las Veqasda üz-üzə gələcəklər. Floyd Meyvezer 217 milyon avronun 60, fillippinli Pakiao isə 40 faizini alacaq.

İddialara görə, Pakiao matç haqqında razılaşma imzalayıb. Ən çox qazanan Floyd Meyvezer də anlaşmanı yaxın zamanda imzalayacağı bildirilir. …read more

From:: ANS