Lenin qonaqları qəbul etməyəcək

Bu gündən (16 fevral) etibarən 16 aprelə kimi Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda olan Lenin mavzoleyi ziyarətçilər üçün bağlanır.

ANS PRESS-in məlumatına görə, buna səbəb “dünya proletariatı liderinin” mavzoleyində profilaktik işlərin başlamasıdır.

Qeyd edək ki, daha əvvəl, Leninin mumyalanmış nəşi üzrəində Ümumrusiya dərman və aromatik bitkilər insititutu mütəxəssilərinin işləyəcəyi barədə xəbər verilmişdi.

Lenin mavzoleyi sovet öndərinin ölümündən az vaxt sonra 1924-cü ildə açılıb. Leninin ilk məzarı taxtadan hazırlanmışdı və ora giriş məhdudiyyəti var idi. Tezliklə arxitektor Şusevin layihəsi üzərində yeni mavzoley ucaldılır. Daşdan olan 3-cü və sonuncu mavzoley isə yenə də Şusevin layihəsi əsasənda 1930-cu ildə tikilib. …read more

From:: ANS