80 təyyarə reysi təxirə salındı

Moskva aeraportlarında 80-dən çox təyyarə reysi təxirə salındı.

ANS PRESS-in məlumatına görə, “RBK” xəbər verir ki, ləngiməyə səbəb kimi uyğunsuz hava şəraiti, güclü külək və yağıntı göstərilir.

“Yandex” cədvəlinin Moskva vaxtı ilə saat 02:00-a (Bakı vaxtı ilə 03:00) olan son vəziyyətinə görə Domodedovo aeraportunda 17, Şeremyetevodan isə 67 təyyarə səfərə çıxa bilmir. Uyğunsuz hava 29 aviareysin ümumiyyətlə ləğvinə səbəb olub.

Qeyd edək ki, bundan əvvəl Rusiya hidrometrologiya mərkəzi güclü küləklə əlaqədar olaraq Moskva üçün “sarı” təhlükə səviyyəsi elan etmişdi.

Rusiya Fövqəladə Hallar nazirliyindən bildiriblər ki, təhlükə bu gün ərzində qüvvədə qalacaq. …read more

From:: ANS