Bakıda iki azyaşlı uşaq xilas edildi

Bakının Sabunçu rayonunda evdə köməksiz qalan 2 azyaşlı uşaq xilas edilib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, azyaşlılar yaşadıqları evdə bağlı qapı arxasında qalıblar.

Hadisə yerinə dəral Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:57-də başa çatmışdır. …read more

From:: ANS