Bir dildə danışmaq vaxtıdır (VİDEO)

Bütün pis niyyətlər üçün ən yaxşı fürsət seçkilər vaxtına təsadüf edir. Ona görə də dövlətlər məhz seçkilər ilində özünü xüsusilə sığortalayırlar. Çünki iddia və özünü nümayişin, fərdi və ictimai qadarmanın qanuni sayıldığı seçkilərdən birə də bu il Azərbaycanda olacaq. Və Azərbaycan da təbii ki,müəyyən profilaktik addımlar atır. Parlament seçkilərində danışırıq. Hakimiyyətin bu gün müxalifətlə dialoqa getməsi sabahkı debatların başlanğıcıdır. Və şəxsən mənə həm də o ləzzət elədi ki, bu həftə hakimiyyət və müxalifət arasında keçirilən dialoqda heç bir xarici vasitəçi filan olmadı. Azərbaycan dili, Azərbaycan dili ilə danışdı.

AXP sədri Pənah Hüseynlə müxalifət-iqtidar dialoqa barədə danışacağıq.

– Pənah bəy, axşamınız xeyir. Əvvəlcə elə bu formatı aydınlaşdıraq. Sizcə buna dialoq demək olarmı?

– Bu istənilən halda dialoqdur. Orada iştirak edən siyasi partiyalar, Prezident Administrasiyasın ictimai-siyasi şöbəsinin müdiri belə razılaşdırıb. Mətbuata təqdim olundu ki, bu Prezident Administrasiyası ilə Azərbaycanda fəal siyasi fəaliyyət göstərən siyasi partiyaların dialoqudur, görüşüdür. Amma eyni zamanda jurnalistlər, ekspertlər, ayrı-ayrı siyasətçilər bunu iqtidar-müxalifət dialoqu kimi təqdim edirlər. Burada da elə böyük bir yanlışlıq yoxdur. Çünki orada iştirak edən siyasi partiyaların mütləq əksəriyyəti, hamısı ya müxalifətdədir və yaxud da özlərini müxalifətdə olduğunu bəyan edirlər. O baxımdan da burada bir yanlışlıq yoxdur. Hesab edirəm ki, əsas məsələ bunun iqtidar-müxalifət dialoqu olub-olmamasından da artıq onun məzmunudur.

– Mən Pənah bəyi Azərbaycan müxalifətinin nümayəndələrindən və daha dəqiqi desək liderlərindən biri hesab edirəm. Pənah Hüseyn də özünü belə hesab edir?

– Bu barədə məndə hər halda bir şübhə yoxdur.

– Pənah bəy, bayaq da mən öz şərhimdə bunu dedim. Bu dialoqda mənə ləzzət edən xüsusi olaraq nə oldu? Azərbaycan dili, Azərbaycan dili ilə danışırdı. Vasitəçi dil yox idi. Kənar, beynəlxalq qüvvələr yox idi. Yəni hakimiyyət və müxalifət nümayəndələrinin bir-biri ilə danışması da, diloqun da?

– Məhz bu tədbirin özəlliyi də bu idi. İlk dəfə idi ki, son 15 ildə beynəlxalq təşkilatların vasitəçiliyi olmadan, Prezident Administrasiyasının təşəbbüsü ilə …read more

From:: ANS