İŞİD-dən yeni vəhşilik +18 VİDEO

İŞİD terror təşkilatı Liviyada girov götürdüyü 21 misirlini edam etdi. ANS PRESS-in məlumatına görə, başı kəsilərək öldürülən məhkumların, Misirin xristian yerlilərindən olan qibtilər olduğu bildirilib. Edam anının nümayiş olunduğu 5 dəqiqəlik video çarxa isə, “Səlib xalqı, Misir kilsəsinin icması” başlığı qoyulub.

Bildirilir ki, misirli qibtilər dekabr və yanvar ayında Liviyanın Sirtə şəhərində İŞİD-ə beyət etmiş Tripoli xiılafəti tərəfindən girov götürülüb. Həmin vaxt Misir Xarici İşlər Nazirliyi də 20 nəfərin terrorçular tərəfindən girov götürüldüyünü təsdiq etmişdi.

Misirin prezidenti Əbdülfəttah əs Sisi 21 qibtinin ölümü ilə əlaqədar ölkədə 7 gün matəm elan edib.

Qeyd edək ki, edam dəniz sahilində həyata keçirilib və məhkumların əynində ənənəvi olaraq narıncı geyim olub.

…read more

From:: ANS