Azərbaycan turizmində görünməmiş yenilik

“Dekabrın 20-25-də Azərbaycanda qış turizm mövsümünün elan edilməsi planlaşdırılır”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev deyib.

O bildirib ki, nazirlik Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsi ilə birgə turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək:

“Ötən il “Şahdağ” qış-yay turizm kompleksini 1800 adam ziyarət etmişdi. Biz onların nə geyimini, nə də ayaqqabısını çatdıra bilmədik. Bu il “Şahdağ” qış-yay turizm kompleksinə gedənlər həm xizək, həm geyim, həmçinin də ayaqqabı ilə tam təmin ediləcəklər. Ötən il yaranan problemlər bu il təkrarlanmayacaq”, – deyə nazir bildirib.

Xidmətlərin qiymətləri barədə də danışan nazir bildirib ki, bu il Şahdağ Qış-Yay Turizm Kompleksində xidmətlərin qiymətlərində artım olmayacaq:

“Bu il burada daha çox ceşidli və keyfiyyətli xidmətlərin təqdim edilməsi nəzərdə tutulur. Ötən il həm Şahdağ, həm də Tufandağda insanların əlindən tərpənmək mümkün deyildi. O qədər insan olduğu halda, hansı sahibkar qiymətləri aşağı salar? Bu, mümkünsüzdür”. …read more

From:: ANS