İtaliya bu ölkədə səfirliyini bağladı

İtaliyanın Yəməndəki səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyi xəbər yayıb.

Bildirilir ki, son günlər Yəməndə yaşanan gərginlik və təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi səbəbindən paytaxt Sənada fəaliyyət göstərən diplomatik nümayəndəliyin əməkdaşlarının və səfirin İtaliyaya qayıtmasına dair qərar qəbul olunub.

İtaliya XİN və beynəlxalq birlik BMT-nin xüsusi nümayəndəsi Camal Benomarın vasitəçiliyi sayəsində tezliklə Yəməndə zəruri təhlükəsizlik tədbirlərinin bərpa olunacağına ümid edir.

Qeyd edək ki, artıq Böyük Britaniya, Fransa və ABŞ Yəməndəki diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırıblar. …read more

From:: ANS