Onları helikopter axtarır

Xəzər dənizində itkin düşmüş 2 nəfər balıqçının axtarışları davam etdirilir.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, fevralın 12-də Lənkəran rayonu, Nərimanabad kəndi ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış 2 nəfər balıqçının axtarışları davam etdirilir.

Axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasediciləri və aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Xatırladaq ki, Lənkəran rayonunun Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı fevralın 12-də balıq tutmaq məqsədilə dənizə çıxıb və geri qayıtmayıb. …read more

From:: ANS