Tanımalı olduğumuz 10 rəsm əsəri (FOTO)

Memar Sinan Universitetinin professoru Fuad Acaroğlu və sənət tarixçisi Osman Erdenin tövsiyələri ilə hazırlanmış “Tanımalı olduğunuz 50 rəsm əsəri” kitabında yer alan əsərləri tanımaq dünya görüşümüzü artırmaqla yanaşı, zövqümüzü də yaxşı mənada formalaşdırır.

ANS PRESS buro247.az-a istinadən növbəti 10-luğu təqdim edir:

1. “Avinyonlu xanımlar” ( “Les Demoiselles d’Avignon” ) – Pablo Pikasso
1881-1973-cü illərdə yaşamış dahi rəssam Pablo Pikasso təkcə rəssam kimi deyil, həm də mozaik, qrafik, dizayner və heykəltəraş kimi də bütün dünyada məşhurdur. “Avinyonlu xanımlar” əsəri rəssamın kubizm yaradıcılıq dövründə işlədiyi rəsm əsəri olaraq, onun yaradıcılığının ən gözəl nümunələrindən biri hesab oluna bilər.

2. “Amerikan qotikası” ( “American Gothic” ) – Qrant Devolson Vud
Amerikalı rəssamın çəkdiyi rəsmlərdə əsasən, Orta Qərbin kəndli və fermerlərinin həyat tərzini təsvir edir. Müəllifi olduğu ən məşhur əsər “Amerika qotikası” adlanır. Bu əsərdə gündəlik paltarları ilə qotik üslubda tikilən pəncərələrin önündə dayanmış iki insan təsvir olunub. Rəsm əsərində mistika və renessansın təsirləri açıq-aşkar özünü göstərir. Rəssamın dediyinə görə, məşhur “Amerikan qotikası” əsərində təsvir olunanlardan biri onun öz doğma bacısı, digəri isə bacısının diş həkimidir. Əsərdəki evin təsviri, güllər isə tipik amerikalı ailə həyatını təmsil edir.

3. “Veneranın doğulması” ( “Nascita di Venere” ) – Sandro Botiçelli
Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Sandro Botiçellinin sənətində dini mövzular, aristokrat meyillər daha üstündür. Saray rəssamı olduğu zaman o, Lorensonun sifarişi ilə bir sıra gözəl əsərlər, o cümlədən, mövzusu italyan poeziyasından götürülmüş “Bahar” və “Veneranın doğulması” tablolarını, həmçinin Roma papasının iqamətgahı Vatikanda Sikst kapellasının divar rəsmlərini yaradır.
Botiçellinin 1492-1497-ci illər arasında Dantenin “İlahi komediya”sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr renessans dövrü kitab illüstrasiyası sənətinin ən gözəl nümunələrindən sayılır.

4. “Çəmənlikdə səhər yeməyi” ( “Le Déjeuner sur l’herbe” ) – Eduard Mane
Eduard Mane XIX əsrin fransız impressionist rəssamı kimi şöhrət qazanmış dühalardan biridir. Rəssamın “Çəmənlikdə səhər yeməyi” və “Olimpiya” adlı ilk əsərləri bütün dünya mədəniyyətinin inkişafında müstəsna rola malikdir. Məhz bu …read more

From:: ANS