Moskva möminlərindən Rusiyaya maraqlı təklif

Rusiyanın paytaxtı Moskvada mobil yeriyən məscidlər peyda ola bilər.

ANS PRESS-in məlumatına görə, layihə paytaxtda yaşayan müsəlmanların çoxluğu və eyni zamanda məscidlərin azlığı zərurətindən yaranıb.

Layihənin rəhbəri Ayrat Qasımov mobil məscidlərə ehtiyac duyulduğunu deyir.

“Bu gün Mosvada yaşayan iki milyon müsəlman paytaxtda fəaliyyət göstərən dörd məscidlə kifayətlənmək məcburiyyətində qalıb. Müasir şəhərin ritmi və dini məbədlərin azlığı mömün müsəlmanlara vaxtlı vaxtında namaz qılmağa imkan vermir. Biz bu problemin həllini mobil məscidlərdə görürük” – deyə Qasımov bildirib. …read more

From:: ANS