Ateist yazıçının oğlu deputat olacaq

Türkiyəli məşhur ateist yazıçının oğlu millət vəkili olmaq istəyir.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda da kifayət qədər oxucu kütləsi olan Əzin Nesinin Antalyada yaşayan oğlu Əhməd Nesin Xalqların Demokratik Partiyasından (HDP) millət vəkilliyinə namizədliyini irəli sürüb.

İyun ayında keçiriləcək seçkidə HDP-nin yaxşı şəkildə məclisdə yer almasını vurğulayan Nesin, rəsmi namizədlik müraciətini partiyada prosesin başlayacağı bazar ertəsi günü təqdim edəcəyini bildirib.

Bundan başqa, o, Antalyada bələdiyyə seçkisində HDP-nin və prezident seçkisində partiyanın lideri Səlahəddin Demirtaşın aldığı səslərə əsasən partiyanın 2 deputatı çıxaracaq gücə sahib olduğunu dilə gətirib: “Antalyada 2-ci millət vəkilini alacağımızı düşünürəm”. …read more

From:: ANS