Sürücüsüz ictimai nəqliyyat (FOTO)

Böyük Britaniyada, Qrinviçdə ictimai nəqliyyatın yeni növünün layihəsi təqdim edilib. Bu, piyada əraziləri üçün pilotsuz avtomobilləridir.

ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, “Lutz Pathfinder” adlı maşını Koventri şəhərində yerləşən “RDM Group” hazırlayıb və özü də istehsal edəcək.

“Autodrive” layihəsi çərçivəsində artıq bu il 40 pilotsuz maşın Milton-Kins şəhərinin piyada zonalarında hərəkət edəcək. “Lutz Pathfinder” yerli ticarət mərkəzinə gələnləri, əlilləri daşıyacaq, ya da sakinləri dəmiryolu vağzalınadək aparacaq.

Belə maşınları smartfon əlavəsinin köməyilə çağırmaq olar. İki adamlıq maşında baqaj yeri də var. Onu kompyuter idarə edir. Burada kamera, radar və lazer məsafəölçən də daxil olmaqla 22 sensor var. Batareyanın enerji ehtiyatı 65 kilometrə və ya 8 saata çatır.

Elektromobilin sürəti saatda 24 kilometrədəkdir.

…read more

From:: ANS