Azərbaycanlı hakerlərə xəbər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi kompüter sistemlərinin təhlükəsizliyinin analizi üzrə laboratoriya yaradır.

ANS PRESS-in Mərkəzə istinadən verdiyi məlumata görə, laboratoriya yaxın aylarda yaradılacaq.

Laboratoriyanın əsas vəzifələrinə kibertəhdidlərin analizi, onlarla mübarizə metodlarının tətbiqi, kompüter şəbəkələrinin təhlükəsizliyinin və proqram təminatının yoxlanılması və s. daxildir.

Analizin aparılması üçün proqram-aparat komplekslərinin alınması planlaşdırılır. İnformasiya təhlükəsizliyi sistemlərinin analizi kompüter şəbəkələrinin cinayətkarların hücumlarından müdafiəsini təmin etməyə və çatışmazlıqları üzə çıxartmağa imkan verəcək. …read more

From:: ANS