Sürücülərin diqqətinə!

Paytaxtın Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətinə mərhələli şəkildə məhdudiyyət tətbiq olunacaq.

ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, yol cizgilərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 17:00-dək Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsindən “Qələbə” dairəsi istiqamətində, eləcə də əks istiqamətdə və Azadlıq prospekti ilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində əsas yolda nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq köməkçi yollardan istifadə etmələri tövsiyə olunur. …read more

From:: ANS