Atəşkəs əmri verildi (VİDEO)

Bir neçə gün əvvəl Minskdə Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı əldə olunan saziş qüvvəyə minib.

ANS PRESS-in məlumatına görə, tərəflər fevralın 15-də Kiyev vaxtı ilə saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) Ukraynanın cənub-şərqində atəşin dayandırılması haqqında sazişi təsdiqləyiblər.

“Mən Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti və Ukrayna Təhlükəsizlik Xidmətinin birləşmələrinə fevralın 15-i gecə 00.00-dan etibarən atəşin dayandırılmasını əmr edirəm” – deyə Poroşenko bəyan edib.

Bundan sonra Ukraynanın daxili işlər naziri Arsen Avakov daxili qoşun və Milli Qvardiya bölmələrinə atəşi dayandırmaq əmri verdiyini “Facebook” səhifəsində yazıb: “Nazir olaraq bəyan edirəm ki, daxili qoşunların və Milli Qvardiyanın bütün bölmələri saat 00:00-da atəşi dayandıracaqlar”.

…read more

From:: ANS