ŞOK: Danimarkada yeni terror – Sinaqoqa hücum

Danimarkanın paytaxtı Kopenhagendə yenidən atəş səsləri ucalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

Məlumata görə şəhərin sinaqoqlarının birinə hücum edilib.

Ölən, yaralanan və ya girov tutulması barədə hələ ki, məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl Kopenhagendə söz azadlığının müzakirə edildiyi konfransa edilən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Konfransda 2007-ci ildə İslam peyğəmbərinin karikaturasını çəkməsi səbəbiylə təhdid edilən isveçli karikaturaçı Lars Vilks də iştirak edib. …read more

From:: ANS