“Edam cəzası qüvvəyə minsin”

Türkiyənin Mersin şəhərində təcavüz edilərək yandırılıb dərəyə atılan qızın vəhşicəsinə ölümü ölkədə hamı tərəfindən pislənib.

ANS PRESS-in məlumatına görə, 20 yaşlı Özgəcan Aslan adlı tələbə qızın qətli internet istifadəçiləri tərəfindən də qınanıb. Təcavüzə uğrayaraq öldürülən qızın adına səhifələr açmış, ədalət tələbi istənilən heşteqlərlə etiraz postları yayımlayıblar.

Bu etirazlara Türkiyəli rəsmilər də biganə qalmayıblar. Ölkənin İqtisadiyyat naziri Nihatb Zeybəkçi tvitter mikrobloqunda hisslərini bu cür ifadə edib: “Özgəcan Aslan balamıza Allahdan rəhmət və ailəsinə səbr diləyirəm. O qızın qətli kimi cinayətlərə edam cəzası verilməlidir. Bu müzakirə olunmalı və tətbiq edilməlidir”.

Qeyd edək ki, universitet tələbəsi 20 yaşlı Özgəcan Aslan evə gəlməyincə, ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. 2 gün axtarılan gənc qızın cəsədi tapılıb. Məlum olub ki, gənc qız Çamalan kəndi yaxınlığında döyülərək öldürülüb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb. Türkiyə mediasında yer alan məlumatlara görə, 20 yaşlı gənc, 11 fevral tarixində universitetdən çıxdıqdan sonra alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib. İddialara görə, mikroavtobus sürücüsü və onun yanında olan digər 2 şəxs gənc qızı qaçırıblar. Qızı meşəlik əraziyə aparan 3 şəxs onu döyərək, təcavüz ediblər. Daha sonra isə yandıraraq dərəyə atıblar.

Türkiyədə edam cəzalarına gəldikdə isə bu, 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tamamilə ləğv olunub. …read more

From:: ANS