Rusdilli İŞİD-çilər baş kəsdi

İnternetdə İŞİD terror qruplaşmasının növbəti vəhşiliyinin videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, videoda qruplaşmanın rusdilli üzvləri İraq əsgərinin başını kəsir.

İŞİD cəlladlarından biri rus dilində bildirir ki, onlar iraqlını öldürməkdən zövq aldıqları üçün yox, “Allahın razılığı naminə” edirlər.

Bu sözlərdən sonra isə həmişəki kimi narıncı paltar geyindirilmiş İraq ordusunun əsgərinin başı üzülür.

Videonun axırında isə həmin insanlar arxadan başa tuşlamaqla güllə ilə 10 nəfəri qətlə yetirirlər.

Videonun özü isə terrorçuların rəsmi Bağdaddan almaq istədikləri İraqın Beyci şəhəri döyüşlərinə həsr edilib. …read more

From:: ANS