“Fənərbaxça” yenidən zirvədə (VİDEO)

Türkiyə superliqasında 20-ci tura start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə nəzərdə tutulan 3 qarşılaşma keçirilib.

Turun açılış matçında “Karabükspor” öz meydanında “Kasımpaşa”nı qəbul edib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq, qapılara qol vurulmayıb – 0:0.

Günün digər qarşılaşmaların”Akhisar” doğma publika önündə “Ərciyəsspor”u qəbul edib. Meydan sahibləri minimal hesablı qələbəyə sevinib. “Fənərbaxça” isə səfərdə “Qaziantepspor”a 5 cavabsız qolla qalib gəlib – 5:0.

Qeyd edək ki, superliqada 20-ci tura bazar ertəsi keçiriləcək iki oyunla yekun vurulacaq.

14 fevral
Türiyə superliqası, 20-ci tur

“Karabükspor” – “Kasımpaşa” – 0:0
“Akhisar” – “Kayseri Ərciyəsspor” – 1:0
Qol: Fereyra, 75 (1:0)

“Qaziantepspor” – “Fənərbaxça” – 0:5
Qollar: Emenike, 7 (0:1), Kuyt, 58 (0:2), Sou, 60, 68 (0:4), Ə. Bəlözoğlu, 73-pen (0:5)
…read more

From:: ANS