Liderlər yenidən atəşkəsdən danışdı

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri “Gazeta.ru” Kremlin saytına istinadən yayıb.

3 tərəfli danışıqlar zamanı liderlər Donbasda atəşkəsin hər iki tərəfin riayət etməsinin vacibliyini qeyd ediblər.

Bundan əlavə 3 ölkə başçısı tezliklə “Normand formatı” çərçivəsində növbəti telefon əlaqəsi quracaqları barədə razılıq əldə ediblər.

Qeyd edək ki, 12 fevral danışıqlarına əsasən bu gün Ukrayna vaxtı ilə saat 00:00-da atəşkəs elan olunub. Atəşkəs Ukrayna prezidenti və qondarma qevvələr tərəfindən rəsmi elan edilib.

Hələ ki, atəşkəs rejiminin pozulması barədə məlumat yayılmayıb. …read more

From:: ANS