Milli Dram Teatrda “Xəcalət”

Azərbaycanlı yazıçı-dramaturqun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası göstəriləcək.

ANS PRESS-in məlumatıəna görə, fevralın 25-26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası nümayiş etdiriləcək.

“Хəcalət” pyesində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurdu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsirli boyalarla təsvir edə bilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Səhnə əsərində xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu çıxış edirlər. …read more

From:: ANS