Milyarderin toyu belə olar (FOTO)

Hindistanın ən zəngin və varlı ailələrindən olan və Londona yaşayan Sanjay Hinduja uzun illərdir sevdiyi Anu Mahtani ilə möhtəşəm toy mərasimi keçirməklə evlənib.

ANS PRESS-in məlumatına görə, üç gün davam edən toyda Jennifer Lopez ilə “Pussy Cats” qrupunun məşhur solisti Nikole Screzinger də iştirak edib.

Lopez və Nikole toyda bir gəcə oxuduğu üçün 1 milyon sterlinq (1,3 milyon dollar) alıb.

16 min qonağın dəvət edildiyi toy üçün Hindistanın və dünyanın dörd bir yanından 280 xüsusi təyyarə kirayələnib. Qonaqlar Bomboy aerodromundan Jagmandir şəhərinə yüzlərlə xüsusi BMW ilə gətirildikdən sonra buradan da yüzlərlə xüsusi gəmiylə toyun ediləcəyi Pikola gölü ortasında salınan şəhərciyə daşınıb. Hindistanın və dünyanın ən lüks otel və malikanələrindən biri olan “Jagmandir Island Palace” üç gün boyunca hər bir qonaqdan 3 min sterlinq alıb və onlara lüks otaqlarla xidmət edib.

Toyun ümumilikdə 15 milyon sterlinqə başa gəldiyi bildirilir.

Qeyd edək ki, Sanjay Hinduja 11,9 milyard sterlinqlik (26 milyard dollar) sərvətlə dünyanın ən varlı adamlarından biridir.

Toyda Hindistanın ən zəngin ailələri ilə yanaşı “Hollywood”un məşhur aktyor və aktrisaları, Hindistanın məşhur TV və kino ulduzları, müğənniləri də iştirak edib. Bütün qonaqlara hind ənənəvi geyimi Sari verilib. Sarıni isə Hindistanın ən məşhur modaçısı və dizayneri Maniş Malhtora hazırlayıb.

…read more

From:: ANS