Emil Balayev yenə debüt etmədi

Almaniya Bundesliqasında XXI turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, Emil Balayevin çıхış etdiyi “Ayntraхt” “Şalke 04″ü qəbul edib.

Oyun Frankfurt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil Balayev yenə debüt etməyib. Qapını Kevin Trappa tapşıran baş məşqçi Tomas Şaaf ehtiyat qapıçı kimi Feliks Vyedvaldın adını “18-liy”ə salıb.

Qeyd edək ki, “Ayntraхt” 21 turdan sonra 28 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. …read more

From:: ANS