Obamanın parolları

ABŞ prezidenti Barak Obama etiraf edib ki, əvvəllər öz rəqəmli resurslarına giriş üçün çox sadə parollardan istifadə edib.

ANS PRESS-in məlumatına görə, prezident Stenford Universitetində kibertəhlükəsizlik sammitində çıxış edərkən bu haqda danışıb. Bu barədə “ICTnews” elektron xəbər xidməti bildirir.

Prezident Obama vurğulayıb ki, onun əvvəlki parolları arasında 1-dən 7-dək ardıcıl rəqəmlərdən ibarət kombinasiya, həmçinin “password” sözü olub.

Prezident eyniləşdirmə metodlarının təkmilləşdirilməsini vurğulamaq üçün kompüter təhlükəsizliyinə qarşı laqeyd münasibətini nümunə gətirib. Onun fikrincə, biometrik identifikasiya kimi yeni eyniləşdirmə metodlarına keçmək məqsədəuyğundur.

Obama texnika ilə məşğul olan firmaları kibertəhdidlər haqda informasiyanı hökumətlə paylaşmağa səsləyib. …read more

From:: ANS