İngilis nazirdən qəribə açıqlama

İngiltərənin Baş naziri Devid Kemeron seçkiqabağı atacağı addımları açıqlayarkən bir sıra məhdudiyyətlər qoyacağını da bəyan edib.

ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl ölkəsində “WhatsApp”, “iMessage” və “Snapchat”ın qadağan edilməsinin zəruriliyini bildirən baş nazir Devid Kemeron bu dəfə dövlətdən sosial yardım alan şəxslərin yenidən qeydiyyatdan keçiriləcəyini, artıq çəkili vətəndaşların bu imkandan yararlanmasının qarşısının alınacağını, onlara pul verilməyəcəyini söyləyib.

Mühafizəkar partiyanın hazırladığı bu yeni proqramda kök vətəndaşlarla yanaşı, alkoqoliklər, narkomanlar da sosial yardımdan istifadə edə bilməyəcəklər.

“Biz bəzi vətəndaşlara klinikalarda müalicə imkanı yaratmışıq. Lakin artıq çəkililər buna etiraz edirlər, müalicə olmaq əvəzinə yardım almağa üstünlük verirlər. Belə olduğu halda, biz də həmin yardımı kəsmək məcburiyyətindəyik” – deyə D.Kemeron məsələyə aydınlıq gətirib. …read more

From:: ANS