Bakıda mebel sexi yandı

Bakıda mebel sexi yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2000 kv.m olan mebel istehsalı sexində baş verib.

Nəticədə sexin içərisində 1500 kv.m sahədə yumşaq mebel üçün istifadə olunan materiallar yanıb və yüksək temperaturdan sexin dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. …read more

From:: ANS