Ukraynada şiddətli döyüşlər gedir

Atəşkısin qüvvəyə minməsinə bir neçə saat qalsa da Ukraynanın şərqində şiddətli döyüşlər gedir.

ANS PRESS-in məlumatına görə, separatçıların bir neçə şəhərdə Ukrayna qüvvələrinə hücumları artırması sülh sazişinə ümidi azaldıb.

Rusiya, Ukrayna, Almaniya və Fransa liderlərinin fevralın 12-də Minskdə əldə etdiyi razılaşma fevralın 14-də gecə saat 12-də qüvvəyə minir.

Ukrayna ordusu son 24 saatda 120 hücum qeydə alındığını bildirir. Ordunun sözçüsü Andriy Lysenko deyib ki, son 24 saatda yeddi hərbçi ölüb, 23 nəfər yaralanıb.

Hökumət qüvvələrinin nəzarətində olan Debaltseve intensiv bombardman olunur. Mariupol liman şəhəri artilleriya atəşinə tutulub. …read more

From:: ANS