İŞİD Danimarkanı şoka saldı

Kopenhagendə baş vermiş silahlı hücum barədə xəbərlərin meydana çıxmasından dərhal sonra İŞİD terror qruplaşması terror hücumunda iştirak etdiyini bəyan edib.

ANS PRESS-in məlumatına görə, qruplaşma sosial şəbəkələr vasitəsi ilə yaydığı xəbərdə bildirib ki, terror aktında iştirak edib.

Qeyd edək ki, bir qədər əvvəl İŞİD Avropa ölkələrində olan öz üzvlərinə terror törətmək barədə tapşırıq verdiyini bəyan etmişdi.

İŞİD terrorçu qruplaşmasının üzvləri sosial şəbəkədə bundan sonrada Avropada teraktların davam edəcəyini bildiriblər: “Kim Məhəmməd peyğəmbəri təhqir edir, onlar məhv ediləcək”.

Bununla belə İŞİD rəsmən Kopenhagendəki silahlı basqına görə məsuliyyəti üzərinə götürməyib.

Xatırladaq ki, Kopenhagendə söz azadlığının müzakirə edildiyi konfransa edilən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Konfransda 2007-ci ildə İslam peyğəmbərinin karikaturasını çəkməsi səbəbiylə təhdid edilən isveçli karikaturaçı Lars Vilks də iştirak edib. …read more

From:: ANS