Putin adına məscid tikiləcək

Rusiya prezidenti Vladimir Putinin adına məsci tikilə bilər.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Birləşmiş İslam Konqresi Putinin adına məscid tikmək xahişiylə ölkə rəhbərliyinə və Moskva meri Serqey Sobyaninə müraciət edib.

Təşkilatın saytında yerləşdirilən müraciətin altında konqresin sədri Şövkət-Hacı Avyasovun imzası var.

“Rusiya müsəlmanlarının vətənpərvər hissəsi olaraq biz ölkə rəhbərliyinə Moskva şəhərində Vladimir Putin adına məscid tikməyə icazə vermək üçün müraciət etdik.
Bu məscid əsrlər boyunca bizim çoxmillətli vətənimizin xalqlarının arasında əlaqə olaraq qalsın”, -deyə təşkilatın saytına yerləşdirilən müraciətdə deyilir.

Müraciətdə həmçinin Putinin prezidentlik səlahiyyətlərinin uzadılmasına ehtiyac olduğu bildirilir:

“Dünyada bu günkü mürəkkəb vəziyyəti nəzərə alaraq biz hesab edirik ki, Vladimir Putinin səlahiyyətlərinin uzadılması üçün qanunverici aktlar qəbul etmək lazımdır. Biz ölkənin bütün dinlərinin nümayəndələrinə bu həyəcanlı vaxtda öz aralarında bütün müzakirələri bir kənara qoyub, birləşməyə səsləyirik”. …read more

From:: ANS