Ermənistanda yeni həyəcan

Ermənistanın hakim elitası tərəfindən “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanın təhqir edilməsi cəmiyyətdə böyük həyəcan doğurub.

ANS TV-nin məlumatına görə, Sarukyanı min cür cinayətdə günahlandıran prezident Serj Sarkisyan ondan siyasətdən çəkilib, bizneslə məşğul olmasını tələb edir. Bu tələb isə ölkə konstitusiyasının pozulmasıdır. Bu barədə Ermənistan Milli Konqressi partiyasının bəyanatinda bildirilir.

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanin özü isə, ölkə prezidenti Serj Sarkisyanın ittihamlarına yetərincə kəskin cavab verib. O, erməni xalqını azadlıq uğrunda mübarizəyə çağırıb. Siyasi liderin fikrincə, günlərlə davam edən mitinqlər, yürüşlər, kampaniyalar Ermənistanın sarkisyandan və onun əlaltılarından xilas olmasına səbəb olacaq. …read more

From:: ANS