Separatçılar atəşkəs sənədini təsdiq etdi (VİDEO)

Ukraynada tanınmamış “Donetsk Xalq Respublikası”’nın Milli Şurasının deputatları fevralın 12-də Minskdə imzalanmış və Donbasda münaqişənin sülh yolu ilə tənzimlənməsini nəzərdə tutan sənədi təsdiqləyib.

ANS TV-nin məlumatına görə, Milli Şura rəsmiləri həmçinin Minsk razılaşmalarının yerinə yetirilməsinə dair işçi qrupunun yaradıldığını açıqlayıblar. Atəşkəsin elan edilməsinə bir neçə saat qalsa da, münaqişə bölgəsindəki vəziyyəti izləyən kütləvi- informasiya vasitələri atışmaların səngimədiyini bildirirlər.

Minskdə dünya liderləri arasında bağlanmış sövdələşmədən sonra toqquşmalar və ərazi ələ keçirmək çabaları daha çox güclənib. Minskdə Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin görüşündə əldə olunmuş razılaşmaya əsasən, fevralın 15-ə keçən gecə saat 12-də Donbas bölgəsində atəşkəs elan ediləcək.

…read more

From:: ANS