Poroşenko sərt danışdı (VİDEO)

Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəsə əməl edilməyəcəyi təqdirdə bütün ölkə üzrə hərbi vəziyyət elan edəcəyinə söz verib.

ANS PRESS-in məlumatına görə, bu haqda olkə başçısının rəsmi saytı xəbər verib.

” Əgər sülh olmayacaqsa, mən dərhal qanunvericilikdə dəyişikliklər edib Ali Radaya göndərəcəyəm. Bizə daha möhkəm və daha effektiv səfərbərbəylik lazımdır. Hamıya birləşməyə və bizim torpağımızı müdafiə etməyə icazə veriləcək”, – deyə Poroşenko bildirib.

O vurğulayıb ki, səfərbərlik yalnız Donetskdə və Luqanskda deyil bütün ölkə üzrə olacaq.
Daha əvvəl Ukraynanın Ali Radası qanunvericilikdə itaətsizlik və fərariliyə qarşı məsuliyyəti gücləndirib.

…read more

From:: ANS