Qətlsiz 10 gün

Amerika mətbuatı Nyu -York ştatının cinayətkarlıqla mübarizədə böyük uğurlarından yazır.

ANS PRESS-in məlumatına görə, Nyu-Yorkda kriminalın səviyyəsi o qədər düşüb ki, demək olar 2 həftədir şəhərdə bir dənə də olsun qətl hadisəsi baş verməyib.

Nyu-York polisi 10 günlük “qansız” dövrü dünən – cümə axşamı saat 00:01-də qeydə alıb. Statistikaya görə, 2013-cü ilin 13 – 22 fevral aralığında da qətl olmayıb, lakin keçənilki dövr yalnız 9 gün davam edib. Builki qətlsiz müddət şəhərin həyatında rekord hesab edilir.

Nyu-Yorkda sonuncu qətl 1 fevral saat 22:30-da qeydə alınıb. Şəhərin mərkəzində bir kişini güllələmişdilər.

26 noyabr 2012-ci il tarixi də Nyu-Yorkun xoşbəxt günü kimi yadda qalıb. Bu səkkiz milyon əhalisi olan şəhərdə bir dənə də olsun ağır cinayət hadisəsi qeydə alınmamışdı. …read more

From:: ANS