Aktrisa biabır oldu (FOTO)

Türkiyənin ən məşhur aktrisalarından biri olan Beren Saat kameralar qarşısında biabır oldu. ANS PRESS-in məlumatına görə, aktrisa ötən gün rəfiqəsi ilə teatr tamaşasının təqdimatına qatılıb.

Gökçe Bahadır və Mete Horozoğlunun rol aldığı tamaşa “Kurusıkı” adlanıb.

Aktrisa gecəyə mini dəri şortu və pencəklə gəlib. Lakin təqdimatdan öncə onun başına kişik bir qəza gəlib. Belə ki, B.Saatın şortunun zənciri (“zamoku”) açılıb. B.Saat heç nəyə fikir vermədən jurnalistlərlə söhbət edib.

Qeyd edək ki, aktrisa ötən ilin yayında müğənni Kənan Doğulu ilə ailə qurub. Aktrisa uzun müddətdir səhnələrdən, çəkiliş meydançalarından uzaqdır.
O, adətən həyat yoldaşı ilə alış-veriş, gəzinti və ya təqdimatlarda üzə çıxır.

…read more

From:: ANS