Bakıda əməliyyat keçirildi

Daxili İşlər Nazirliyi Bakı sakinindən külli miqdarda narkotik vasitə götürüldüyü haqda məlumat yayıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elgiz Sadıqovdan 5,32 qram marixuana götürülüb.

Ona məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı isə əlavə 1 kiloqram 505 qram marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, E. Sadıqov bu yaxınlarda Müsavat Partiyasından xaric edilən Əlövsət Sadıqlının oğludur. …read more

From:: ANS