Portuqaliyalı ulduz türk klubuna gəlir

“Fənərbaxça” klubu portuqaliyalı ulduz Nanini transfer etmək istəyir.

ANS PRESS-in məlumatına görə, İstanbul təmsilçisi hollandiyalı futbolçu Dirk Kaytın yerinə iki qanadda da oynaya bilən, sürətli bir oyunçu almaq istəyir. Məhz bu səbəbdən baş məşqçi İsmail Kartal rəhbərliyə portuqaliyalı super ulduzun adını verib.

Türkiyə liqasında legionerlərlə bağlı qaydaların dəyişməsindən sonra yeni mövsüm planlamasını indidən etməyə başlayan “Fənərbaxça” transferdə böyük bir həmlə edəcək. Klub mövsüm sonunda ayrılacaq olan Kaytın yerinə Nanini gətirmək niyyətindədir.

Klub rəhbərliyinə verilən hesabatda “Sportinq Lizbon”da icarə əsasında çıxış edən futbolçunun komandaya transferi istənilib.

“Fənərbaxça” 2017-ci ilə qədər “Mançester Yunayted”lə müqaviləsi olan 28 yaşındakı futbolçunu heyətinə cəlb etmək üçün büdcəsindən transferə 8 milyon avro ayıracaq. …read more

From:: ANS