Müqəddəs Valentin Günü haqqında əsl həqiqət

Hər il fevralın 14-də qeyd olunan müqəddəs Valentin günü insanlara onların bir-birlərinə olan sevgi duyğularını açıqcalar, çiçəklər və ya şokolad qutuları və məhəbbət mesajları ilə bildirməsi üçün bir imkandır. Doğrudanmı belədir? Biz bu bayramın kökləri haqqında həqiqətən də çox az bilirk. Bəziləri inanırlar ki, bütün dünyada sevgi və romantikanı qeyd edən bu yeganə günün müasir versiyası kommersiya qazancı götürmək istəyən marketinqiçilərin ixtirasıdır.

ANS PRESS BBC Azərbaycana istinadən 14 fevralda bütün dünyanın qeyd etdiyi Sevgililər Günü barədə bilmədiklərimizi təqdim edirik:

Beləliklə, biz ilin ən sevgili günü haqqında həqiqəti bilirikmi?
Xristianlığa qədərki köklər – Valentin günü Roma imperiyasında üç gün qeyd edilən Luperkaliya bayramından qaynaqlanan çox qədim ənənədir. Münbitlik və məhsuldarlıq allahına həsr olunmuş bu bayram fevralın ortalarına təsadüf edərdi və rəsmən baharın başlanğıcı sayılırdı. Bu bayramda oğlanlar qutudan qızların adlarını çıxarardılar. Beləliklə, bayram günlərində oğlan və onun seçdiyi (adını qutudan çıxardığı) qızla sevgili olar və yəqin ki, hətta onlar sonradan evlənərdilər də. Sonrakı əsrlərdə kilsə bütpərəst bayramları ləğv etməyə başlayanda, bu günü müqəddəs Valentinin xatirəsinə həsr olunmuş xristian bayramına çevirib.

Rəqib şəhidlər
İlk rəsmi müqəddəs Valentin günü 496-cı ilin 14 fevraılında Gelasius tərəfindən eyni adlı şəhid üçün elan edilib. Lakin söhbətin hansı şəhiddən getdiyini dəqiq bilmirik. Ən geniş yayılmış versiyaya görə bu, üçüncü əsrdə edam olunmuş romalı keşiş olub. Lakin onun bu günlə əlaqələndirilən azı iki adaş rəqibi var. Onlardan biri Roma yaxınlığında, hazırda Terni kimi tanınan şəhərdən bir yepiskopdur. İkincisi isə Afrikadan olan başqa bir şəhiddir. İki müqəddəs Valentinlər barədə bilinən yalnız elə bunlardır və sözü gedən üç namizəddən ən geniş tanınanı nəhayət romalı keşiş olub. Eramızın 269-cu ilində vəfat etmiş şəhid müqəddəs Valentin bir epileptiki müalicə edir (Hulton archive/Getty).

Qanlı Valentin
Belə rəvayət olunur ki, imperator 2-ci Klavdius nikahı qadağan edibmiş, çünki evli kişilərdən və qadınlardan yaxşı döyüşçü olmurdu. Valentin isə belə düşünürdü ki, nikah Allahın dünya üçün yaratdığı bir nemətdir. Buna görə də …read more

From:: ANS