Azərbaycanlı tələbələrdən unikal addım (VİDEO)

Azərbaycanlı tələbələr danışma və eşitmə qabiliyyəti olmayan şəxlərə dəstək nümayiş etdiriblər.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes inzibatçılığı fakültəsinin Tələbə Gənclər Təşkilatı (ADİU BİF TGT) “Qaya” qrupunun məhşur “Ey həyat, sən nə qəribəsən” mahnısını danışma və eşitmə qabiliyyəti olmayan şəxslər üçün “işarə dili”nə çevirərək, videoçarx formasında təqdim edib.

3 saylı internat məktəbinin dəstəyi ilə hazırlanmış videoçarxın hazırlanmasında əsas məqsəd danışma və eşitmə qabiliyyəti olmayan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.

Rejissoru Nicat Məmmədzadə, layihə rəhbəri Emil Mirzəyev olan video 50-yə yaxın TGT fəalının iştirakı ilə ərsəyə gəlib.

…read more

From:: ANS