Tanınmış müğənni ata oldu (FOTO)

Tanınmış türk müğənnisi Kutsi yenidən ata oldu. ANS PRESS-in məlumatına görə, sənətçinin həyat yoldaşı Sinem Bayrak ikinci qızını dünyaya gətirib.

Doğuş qeysəriyyə yolu ilə həyata keçirilib. Dünyaya gələn körpənin çəkisi 3 kq 400 qram olub. Kutsi qızına Lila adını verib.

Xatırladaq ki, aktyorluqla da məşğul olan müğənninin adı çəkildiyi “Huzur Sokağı” serialındakı rol yoldaşı Feyza Çıpa ilə eşqdə hallandırılıb. Onun hətta o zaman qızının anasından ayrılacağı da iddia edilmişdi.

Yayılan söz-söhbət nəticəsiz ötüşməyib. Belə ki, müğənnin o zaman hamilə olan həyat yoldaşı iki dəfə ondan ayrılıb. Cütlük rəsmi şəkildə boşanmasalar da evlərini ayırmışdılar.

Lakin Kutsi hər dəfə yenidən ailəsinin yanına qayıdıb.

…read more

From:: ANS