Şamaxıda faciəvi qəza: 2 ölü

Şamaxıda ağır yol qəzası baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 130-cu kilometrliyində qeydə alınıb.

Belə ki, “Lifan” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Məlumat daxil olan kimi dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər avtomobildən şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS