“Google”un ”o”ları bir-birinə vuruldu

Dünyanın dörd bir yanında qeyd olunan 14 fevral sevgililər günü, bu il də “Google”un gözündən qaçmayıb.

ANS PRESS-in məlumatına görə, xüsusi bir “doodle” hazırlayan dünyanın ən geniş əhatəli axtarış portalı hər bir ölkə üçün 14 Fevral ayrıca animasiya hazırlayıb.

Xadırladaq ki, heç harda rəsmi bayram olmasa da, digər dillərə “St. Valentine ‘s Day” olaraq girən sevgililər gününü ötən il bir milyard adam qeyd edib.

İddialara görə bu günün mənşəyi Roma imperatorluğuna dayanır.

14 fevral son illər Azərbaycanda qeyd olunsa da ölkə gəncləri əsasən 20 yanvar şəhidi İlham və Fərizənin evlilik ildönümü olan 30 iyunun sevgililər günü kimi keçirilməsinin tərəfdarıdır. …read more

From:: ANS