Prezidentdən xəbərdarlıq

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə saytı twitterdən xəbərdarlıq etdi.

ANS PRESS-in məlumatına görə, xüsusilə BMT Təhlükəsizlik Şurasına səslənən Ərdoğan dünyanın qərbdən ibarət olmadığını deyib.

“İctimai və iqtisadi böhranların qarşısını ala bilməyən beynəlxalq bir qurumun leqitimliyi bir gün müzakirə olunacaq. Beynəlxalq quruluşların öz öhdəliklərini yerinə yetirməmələrinin bədəli dünyanın bir çox yerində günahsız insanlar tərəfindən ödədilir. Dünyanın sadəcə qərbdən ibarət olmadığını, şərqi, şimalı, cənubu ilə çoxmərkəzli bir yer olduğunu artıq hamının qəbul etməsi lazımdır” – deyə prezident Ərdoğan twitində qeyd edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Amerikada dünahsız 3 müsəlmanın qətlə yetirilməsi ilə bağlı olaraq ABŞ prezidenti Barak Obamanı açıqlama verməyə səsləmişdi. …read more

From:: ANS