Məşhur aktyordan sosial şəbəkə istifadəçisinə hədə

“Facebook” və “Tvitter” sosial şəbəkə saytlarında bir sıra məşhurların adlarına yüzlərlə səhifələr fəaliyyət göstərir.

ANS PRESS-in məlumatına görə, uzun müddət səhhəti ilə əlaqədar problemlər yaşayan, pərəstişkarları tərəfindən hər bir xəbəri həyəcanla gözlənilən məşhur türk aktyoru Nejat İşlerin bu populyarlığından istifadə edənlər onun adına səhifələr açaraq reytinq yığmağa başlamışdılar. Onlardan bəziləri hələ də bu fəaliyyətlərini davam etdirir. Son olaraq, saxta səhifələrdən biri ilə bağlı Nejat İşler sərt xəbərdarlıq etməli olub.

“nejatislerVEVO” adlı tvitter istifadəçisinin “fake (saxta) hesabdır deyirlər, elə də olsa nə dəyişəcək?” yazması aktyoru özündən çıxarıb.

Əsl profil loqini “necatisler” olan Nejat ard-arda həmin şəxsə bu tvitləri yazıb: “Nejat İşler adı ilə yazan qardaşım, eyvallah dedim indiyə qədər. Hətta çox gözəl yazırsan, davam et də dedim. Lakin sabah o səhifənin fan səhifəsi olduğunu bildirməsə, bir az problem yaranacaq. Məndən yox həm də. Xəbərdarlıq edirəm. Hər halda şübhən qalmayıb”.

Onu da qeyd edək ki, aktyorun rəsmi səhifəsində 391 min, sözügedən fan səhifəsində isə 690 min izləyici mövcuddur. …read more

From:: ANS