Əgər neftimiz olmasaydı…

“Azərbaycan dünyada neft hasil edən ilk ölkə kimi tanınır. Bu, XIX əsrin ortalarında baş verdi. Eyni zamanda, XX əsrin ortalarında dənizdə neft hasil edən ilk ölkə də Azərbaycandır. Bu səbəbdən Azərbaycanın neft sənayesinin tarixi çox zəngindir. Onu da bildirmək istəyirəm ki, İkinci Dünya müharibəsində Azərbaycanda istehsal olunan neft Sovet İttifaqının hasil etdiyi neftin 80 faizini təşkil edirdi. Azərbaycan neftçiləri faşizm üzərində Qələbənin əldə edilməsinə böyük töhfə veriblər. Ola bilsin ki, Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsinin nəticələri başqa cür olardı”.

Bu sözləri fevralın 12-də prezident İlham Əliyev Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə deyib.

Lakin Sovet İttifaqının süqutu zamanı neft sənayesindəki vəziyyət ürəkaçan deyildi. Quruda olan yataqlar əsasən tükənmişdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdə neft sənayesi böhran içərisində idi. Nəinki neft sənayesi, bütövlükdə biz ciddi hərbi, siyasi, iqtisadi böhranla üzləşdik. Vətəndaş müharibəsi, Ermənistanın işğalı baş verdi. Nəhəng neft yataqlarımızın işlənməsi üçün nə maliyyə ehtiyatlarımız, nə də ki texniki imkanlarımız vardı.

Yalnız Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra vəziyyət sabitləşdi, vətəndaş müharibəsi dayandı, biz islahatlara başladıq. İslahatların mühüm elementlərindən biri Azərbaycanı dünyaya açıq etmək idi. Biz xarici sərmayələri cəlb etməyə başladıq və Azərbaycanda çox yaxşı sərmayə mühitini yaratdıq. Bu fakt sayəsində Azərbaycanın indiki iqtisadiyyatı davamlıdır, sabitdir. Birbaşa xarici sərmayələrin adambaşına olan həcminə görə Azərbaycan keçmiş sovet məkanında aparıcı yerdədir.

1994-cü il Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ili idi. Hökumətimiz ilə dünyanın əsas neft şirkətləri konsorsiumu arasında müqavilə imzalandı. 1994-cü ildə imzalanan müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası kimi götürülən “Azəri-Çıraq-Günəşli” yatağının dünyadakı ən böyük neft yataqlarından biri olması faktı ilə bağlı idi. İyirmi ildən çoxdur ki, həmin yataq işlənilir və ölkəmizdə neft hasilatının əsas özəyi hesab olunur. Buna görə də 1994-cü il enerji strategiyasının başlanğıc ili oldu. Beləliklə, Xəzər dənizi ilk dəfə olaraq xarici sərmayələr üçün açıq elan edildi.

Lakin Azərbaycanın açıq dənizə çıxışı olmayan …read more

From:: ANS