Sami Yusif Bakıya gəlir

Məşhur azərbaycanlı müğənni Sami Yusuf martın 14-15-də Heydər Əliyev Sarayında konsert verəcək.

ANS PRESS-in məlumatına görə, orkestrin müşayiəti ilə səhnəyə çıxacaq Sami Yusuf tamaşaçıları üçün mahnılarını canlı ifa edəcək.

Konsertin təşkilatçılarının verdiyi məlumata görə, “Sarı gəlin” adlanacaq proqramda Sami Yusif son “The Centre” albomunda olan mahnıları ifa edəcək.

Qeyd edək ki, sözügedən albomda xalq mahnımız “Sarı gəlin” həm Azərbaycan, həm də ingilis dilində Sami Yusif tərəfindən ifa edilib.

…read more

From:: ANS