Şahmat üzrə “Qran-pri” seriyasının 3-cü mərhələsi start götürür

Bu gün Tbilisidə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” seriyasının üçüncü mərhələsinə start veriləcək.

Azərbaycan Şahmat Federasiyadan ANS PRESS-ə verilən məlumata görə, ölkəmizi turnirdə qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.

Tbilisidə keçiriləcək “Qran-pri”də Aleksandr Qrişuk (Rusiya), Aniş Qri (Hollandiya), Maksim Vaşe–Laqrav (Fransa), Lenyer Dominqes (Kuba), Pyotr Svidler (Rusiya), Dmitri Andreykin (Rusiya), Dmitri Cakovenko (Rusiya), Rüstəm Qasımcanov (Özbəkistan), Jobava Baadur (Gürcüstan) və Yevgeni Tomaşevski (Rusiya) birincilik uğrunda yarışacaqlar.

Qaydalara əsasən, turnirə qatılan 12 şahmatçı 3 mərhələdə qüvvəsini sınayır. Ötən ilin oktyabrında başlayan mübarizəyə bu ilin mayında yekun vurulacaq. …read more

From:: ANS